SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktyor Brüs Uillisin səhhəti daha da pisləşib. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir nitq və idrak qabiliyyətlərinin pozulduğu afaziya diaqnozu qoyulan aktyorun xəstəliyinin artdığı məlum olub.

Bu dəfə aktyora FTD kimi tanınan frontotemporal demensiya diaqnozu qoyulub. 

Bu barədə Uillisin keçmiş həyat yoldaşı Demi Mur açıqlamasında bildirib. Onun sözlərinə görə, Brüs xəstəliyinin artdığını öyrəndikdən sonra ailəsi ilə daha çox vaxt keçirməyə başlayıb. 

Məlumat üçün bildirək ki, bir il əvvəl Brüs Uillis peşəsini tərk etdiyini açıqlamışdı. Aktyorun bu qərarına səbəb nitq və idrak qabiliyyətlərinin pozulmasına səbəb olan afaziyanın inkişafı olub.

BAKU.WS