ABŞ da “TikTok”u qadağan etməyə hazırlaşır

Amerika Birləşmiş Ştatları (ABŞ) “TikTok” sosial şəbəkəsini ölkənin hər yerində qadağa etməyə hazırlaşır.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da “TikTok”u qadağan edən qanun layihəsi 16 partiyanın ortaq qərarı ilə Ağ Evə göndərilib.
Prezident Baydenin qərarına əsasən, “TikTok” bütün ABŞ-da qadağan ediləcək.
Belə bir qadağa qərarının Avropa Birliyi tərəfindən də verilə biləcəyi bildirilir.
Qeyd edək ki, ötən ilin dekabr ayından etibarən ABŞ-da, bu yaxınlarda isə Avropa Birliyi və Kanada dövlət qulluqçularına “TikTok”dan istifadə qadağan olunmuşdu.
Buna səbəb kimi sosial şəbəkənin gənclərin zehni inkişafına mənfi təsiri və şəxsi məlumatların sızdırılması göstərilir.
Oxşar xəbərlər
Daha bir ölkədə “TikTok”a məhdudiyyət qoyuldu
Son zamanlar məxfilik problemləri ilə gündəmə gələn Çin mərkəzli sosial media platforması “TikTok”un istifadəçi sayı günü-gündən artmağa davam edir. BAKU.WS xa...
