SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı yenə artıb.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 44 218 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib.

Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

BAKU.WS