SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə təbii fəlakət bölgələrindən biri Hatayda Ergüvenoğlu ailəsinin inşa etdirdiyi binalar zərər görməyib.

BAKU.WS “Posta.com”a istinadən xəbər verir ki, Antakya böləsində yerləşən 15 tikilidə insan tələfatı da baş verməyib.

İnşaat mühəndisi Mustafa Ergüvenoğlu, “Tək xoşbəxtliyimiz dövlət qurumlarının da icazəsi ilə inşa etdirdiyimiz binaların ayaqda qalmasıdır”, - deyərək tikililərin mövcud standartlara uyğun olduğunu bildirib:

“İşinin öhdəsindən gələ bilməyən insanlar çoxdur. Vətəndaşlarımızın adlı-sanlı və işindən əmin olduğumuz insanların tikdikləri binaların altında qalaraq öldüyünü gördük. Biz mühəndisik, amma ustalarımız da çoxdur. İnşa zamanı gözdən qaçan xətalar baş verə bilər. Lakin bu o demək deyil ki, biz məsuliyyət daşımırıq”.

BAKU.WS