SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Edirne şəhərinin İpsala rayonunda silahlı hücum nəticəsində 2 nəfər ölüb.

BAKU.WS "Habertürk"ə istinadən xəbər verir ki, R.T adlı şəxs çayxanaya daxil olaraq ov tüfəngindən atəş açıb.

Hadisədə Kumdere kənd muxtarı Hüseyn Karataban, obyekt müdiri Hidayət Karataban və daha 2 şəxs yaralanıb.

Yaralılar təcili yardımla İpsala Dövlət Xəstəxanasına çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq, Hidayət Karataban və muxtar Hüseyn Karataban həyatını itirib. Digər iki yaralının müalicəsi davam edir.

Hadisədən sonra qaçan R.T-nin axtarışları davam edir.

BAKU.WS