SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altında qalan 15 yaşlı qızının əlini buraxmayaraq, fotosu ilə gündəmə gələn ata -  Mesut Hançer hadisə haqqında danışıb. 

BAKU.WS xəbər verir ki, Hançer bu barədə qızını dəfn etdikdən sonra Almaniyanın "Bild" nəşrinə müsahibə verib.

"Yer sarsıldıqda çörək sexində işləyirdim. Dərhal həyat yoldaşıma zəng etdim, dedi ki, iki qızım və oğlum yaxşıdır. Amma o gecə kiçik qızım nənəsinin yanında qaldı."

Onun sözlərinə görə, hadisə zamanı anasına zəng vursa da, heç kim cavab verməyib və qaçaraq hadisə yerinə gedib:

"Allaha yalvardım ki, ev dağılmasın...Çox dua etdim, amma təəssüf ki, olmadı. Şəhzadəmi xilas etmək üçün dağıtıları yalın əllərimlə qazmağa çalışdım. Amma onu çıxara bilmədim".

Mesut Hançer günlərlə ölən qızının yanında oturub, onun əlindən tutub. Zəlzələdə iki qardaşını da itirən Hançerin anası hələ də dağıntılar altındadır.

Mesut Hançer və həlak olan qızı Irmakın fotosu 10 əyalətdə böyük dağıntılara və minlərlə insanın ölümünə səbəb olan zəlzələ fəlakətinin simvoluna çevrilib.

BAKU.WS
VİDEO

QALEREYA