SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli məşhur müğənni Haluk Levent "Ahbap" adlı xeyriyyə dərnəyinin kömək etmək məqsədilə başlatdığı kampaniyalar çərçivəsində zəlzələ nəticəsində dağılan şəhərlərdə olub. 

BAKU.WS xəbər verir ki, sənətçi dağıntılar altından çıxarılan və çadırlarda məskunlaşan sakinlərlə görüşüb, onlarla maraqlanıb. 

Təbii fəlakət baş verən bölgəyə Türkiyə milli müdafiə naziri Hulusi Akar və səhiyyə naziri Fahrettin Koca da səfər ediblər.

Haluk orada nazirlərlə görüşüb. 

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 7 günlük matəm elan edib. Zəlzələ baş verən 10 şəhərdə 3 aylıq fövqəladə vəziyyət elan olunub.

BAKU.WS
VİDEO