SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda zəlzələdən sonra ailə faciəsi yaşanıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir ailənin bütün fərdləri ata İsmayıl Taşkın (yaş-40), həyat yoldaşı Zeliha Taşkın (yaş-38), uşaqları Sehernur Taşkın (yaş-9), Hanım Taşkın (yaş-7) və Məhəmməd Emin Taşkın (yaş-5) 4 gün əvvəl satın aldıqları evin dağıntıları altında qalaraq can veriblər.

Bildirilir ki, İsmayıl Taşkın işləmək məqsədilə Aydından Kahramanmaraşa köçüb.O, 10 il əvvəl Zeliha Taşkınla ailə həyatı qurub.

Həyat yoldaşının məmləkətində məskunlaşan və sənayedə qaynaqçı işləyən İsmayılın bu evlilikdən Sehernur, Hanım və Muhammed Emin adlı 3 övladı olub.

İsmayıl bu illər ərzində yığdığı pulla nəhayət 2 fevralda ev alıb. O, aldığı evinin sevincini sosial şəbəkə hesabından dostları ilə də bölüşüb. Ancaq təəssüflər olsun ki, bu sevinc çox çəkməyib.

Fevralın 6-sı səhər saatlarında baş verən 7,7 bal gücündə zəlzələdən İsmayıl Taşkın və ailəsi  qaçaraq xilas olmağı bacarsalar da, daha sonra təkrar zəlzələdən ziyan görən evlərinə geri qayıdıblar.

Bu dəfə Elbistanda baş verən 7,6 bal gücündə ikinci zəlzələdə ailə dağıntılar altında qalıb. Axtarış-xilasetmə qrupları bu gün Taşkın Ailəsinin 5 üzvünün cəsədlərinə çatıb.

Qeyd edək ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.

BAKU.WS