SİZİN REKLAM BURADA!
055 213 76 73


Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra müxtəlif ölkələrdən axtarış-xilasetmə qrupları Türkiyəyə gəlməyə başlayıb.

BAKU.WS xəbər verir ki, Yaponiya hökumətinin sifarişi ilə 18 nəfərlik axtarış-xilasetmə qrupu da zəlzələ bölgələrində aparılan işlərdə iştirak etmək üçün Türkiyəyə gəlib.

Aaxtarış-xilasetmə qrupunun rəisi Hideaki Yamamoto Yaponiya olaraq türk xalqının yanında olduqlarını bildirib: "Dünən səhər saatlarında baş verən güclü zəlzələ ilə əlaqədar Yaponiya hökuməti axtarış-xilasetmə qrupunu Türkiyəyə göndərmək qərarına gəlib. Çox böyük zəlzələdir. Zəlzələdə həyatını itirənlər üçün kədərlənir, yaralananlara tezliklə şəfa diləyirik. Yaponiya hökuməti və yapon xalqı türk xalqının yanındadır. Biz komanda olaraq zəlzələ bölgəsində əlimizdən gələni edəcəyik”.

BAKU.WS