5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

Ukraynanın strateji marağı Avropa İttifaqı (Aİ), ABŞ, Türkiyə və Azərbaycanla əməkdaşlıqdır.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu ölkənin energetika nazirinin müavini Nikolay Kolesnik deyib.

Kolesnik qeyd edib ki, Ukrayna Xəzər dənizindən Aİ-yə təbii qazın tranziti və saxlanması üçün sərbəst imkanlar təqdim etməyə hazırdır.

Nazir müavininin sözlərinə görə, Ukrayna bu gün neft-qaz kompleksində əməkdaşlıq çərçivəsində tərəflərin tamhüquqlu tərəfdaşıdır.

“Azərbaycanla əməkdaşlıq çərçivəsində əsas infrastruktur layihələrindən biri neftin Xəzər regionundan Aİ bazarlarına nəqli üçün yeni marşrutun yaradılması üzrə Avro-Asiya Neft Nəqliyyat Dəhlizi layihəsidir. Biz “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində maraqlıyıq və təbii qazın nəqli marşrutlarının şaxələndirilməsində əməkdaşlığa hazırıq”, - Nikolay Kolesnik vurğulayıb.

BAKU.WS