SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 129 870 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 215 tank, 6 388 zirehli döyüş maşını, 2 215 artilleriya sistemi, 460 reaktiv yaylım atəşi sistemi, 222 hava hücumundan müdafiə sistemi, 294 qırıcı, 284 helikopter, 1 952 PUA, 796 qanadlı raket, 18 gəmi və kater, 5 068 nəqliyyat vasitəsi və 202 xüsusi texnikadan ibarətdir.

BAKU.WS
QALEREYA