SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın Zaporojye vilayətinin Melitopol şəhərində çeçen döyüşçülər NTV kanalının əməkdaşlarından birini zorlayıb, digərini isə döyüb.

BAKU.WS xəbər verir ki, bu barədə "korrespondent.net" portalı yazıb.

Belə ki, Rusiyada rus ordusunu gözdən salmamaq üçün bu hadisəni xəbərlərdə işıqlandırmaq qadağan edilib.

Lakin telekanal Rusiya Federasiyasının İstintaq Komitəsinə müraciət edib. Xüsusilə, Rusiyanın NTV televiziya şirkətinin çəkiliş qrupuna qarşı törədilmiş cinayətlərin araşdırılması ilə bağlı müraciəti internetdə dərc olunub.

Bu bəyanatda deyilir ki, onların jurnalisti Olqa Z. və operator Artem Epifanov şəhərdə redaksiya tapşırığı ilə olublar.

Yanvarın 17-də rusiyalı jurnalistlər “Vorontsovski” restoranında nahar edərkən özlərini “Axmat batalyonunun döyüşçüləri” kimi təqdim edən kamuflyaj geyimli şəxslərin hücumuna məruz qalıblar.

Hadisə nəticəsində operator Epifanov orta dərəcəli bədən xəsarətləri alıb, kanalın təbliğat-təşviqat işləri üzrə əməkdaşı isə zorlanıb.

BAKU.WS