SİZİN REKLAM BURADA!
055 213 76 73


Pakistanın Peşavar şəhərində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 25, yaralıların sayı 120-yə çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə yerli “Geo TV” telekanalı məlumat yayıb.

***13:58

Pakistanın Peşavar şəhərində məsciddə törədilən partlayış nəticəsində 17 nəfər ölüb, 90-dan çox insan yaralanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

*** 13:16

Pakistanın Peşavar şəhərində məscidlərdən birində törədilən partlayış nəticəsində çoxunun vəziyyəti ağır olmaqla 70 nəfər yaralanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin məsul əməkdaşı Sikander Xan bildirib.

Onun sözlərinə görə, Pakistanın şimal-qərbində yerləşən Peşavar şəhərində namaz vaxtı məsciddə partlayış törədilib: “Partlayış nəticəsində binanın bir hissəsi çöküb. Dağıntılar altında adamlar qalıb”.

Peşavardakı “Lady Reading” hospitalının sözçüsü Mohammad Asim bildirib ki, yaralıların bəzilərinin vəziyyəti çox ağırdır.

BAKU.WS
QALEREYA