SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "Baykar" şirkətinin texniki direktoru, "Bayraqdar" pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar həyat yoldaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğanla tanışlığından danışıb.

BAKU.WS-in məlumatına görə, o, bu barədə "TV 100"də yayımlanan verilişdə qonaq olarkən bəhs edib.

Aparıcının "Prezidentin qızı ilə tanış olan zaman qorxmadınızmı?" sualına Selçuk Bayraktar "Qorxduğumu xatırlamıram" deyə gülümsəyərək cavab verib:

"Sümeyye xanımla ortaq dostumuz vasitəsilə tanış olduq. Yaxından tanıyan dostlar haqqında yaxşı şeylər danışırdılar. Deyə bilərəm ki, həyat yoldaşımın lütfündən, zərifliyindən, nəcibliyindən, əxlaqından çox təsirləndim".

Bayraktar qeyd edib ki, atası Özdemir Bayraktarın Prezident Ərdoğanla, özünün isə Bilal Ərdoğanla daha əvvəldən tanışlığı olub.

Daha ətraflı videoda:

BAKU.WS
VİDEO

QALEREYA