SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur futbolçu Leonel Messinin milli komanda ilə DÇ-2022-nin qalibi olduqdan sonra etdiyi paylaşım rekord qırıb. 

BAKU.WS xəbər verir ki, ulduz futbolçu qələbədən sonra şəxsi instaqram hesabında etdiyi paylaşımla 56 milyondan artıq insanın bəyənisini toplayıb. 

Sözügedən paylaşım instaqramda ən çox "like" alan "rekordçu yumurta"nın bəyənmə sayını üstələyib. 

Qeyd edək ki, dekabrın 18-də DÇ-2022-nin Qətərdə təşkil olunan final matçının əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatan oyunun əlavə vaxtında tərəflər hərəyə bir dəfə fərqlənib və matç penaltilər seriyasına qədər uzanıb.

Burada daha dəqiq olan (4:2) Argentina millisi tarixində 3-cü dəfə dünya çempionu adını qazanıb.

BAKU.WS
QALEREYA