SİZİN REKLAM BURADA!
055 213 76 73


Braziliya millisi və “Barselona”nın keçmiş futbolçusu Ronaldinyo Neymarı öz varisi elan edib.

BAKU.WS “goal.com”a istinadən xəbər verir ki, o, bu barədə Braziliya ilə Argentina yığmalarının Amerika Kubokundakı final qarşılaşması öncəsi danışıb.

“Heç şübhəsiz ki, Neymar mənim varisimdir. O, seçmədə bir nömrədir. Neymar aldadıcı fənlər zamanı da cəsarətili qalmaqda davam edir”,- deyə Ronaldinyo bəyan edib.

Qeyd edək ki, sözügedən matç Neymarın komandası üçün məğlubiyyətlə nəticələnib və 1:0 hesablı qələbə ilə Argentina “Copa America”nın sahibi olub.

BAKU.WS