VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Daxili İşlər Nazirliyi Suriyanın Cerablus və Bab bölgələrində keçirilən əməliyyatları zamanı İŞİD terror təşkilatının “maliyyə əmiri” də daxil olmaqla, 18 terrorçunun ələ keçirildiyini bildirib.

BAKU.WS "Anadolu"ya istinadən xəbər verir ki, kəşfiyyat fəaliyyətləri Qaziantep Rayon Jandarma Komandanlığının koordinasiyası ilə həyata keçirilib.

Terroçulardan 13-nün İŞİD, digərlərinin isə PKK/KCK/PYD/YPG terror təşkilatı üzvləri olduğu vurğulanıb.

Həmin gün əməliyyat məqsədilə Cerablus bölgəsinə göndəriləcəyi aşkar edilən 5 PKK/KCK/PYD/YPG terror təşkilatı üzvü də saxlanılıb.

Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı partlamağa hazır 10 kiloqram əl istehsalı bomba komplekti, 4 bomba elektron lövhəsi, Kalaşnikov avtomatı, tapança və 253 patron ələ keçirilib.

BAKU.WS