SİZİN REKLAM BURADA!
055 213 76 73


Suriyanın şimalındakı Sülh bulağı və Zeytun budağı bölgələrinə hücuma hazırlaşan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi tviterdə bildirib.

“Terrorçulara qarşı mübarizəni effektiv və qətiyyətlə davam etdirən Türkiyə Silahlı Qüvvələri Sülh bulağı və Zeytun budağı bölgələrinə hücuma hazırlaşan 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, - deyə nazirlik qeyd edib.

BAKU.WS