SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin milli müdafiə naziri Hulusi Akar Britaniyanın müdafiə naziri Ben Uollesin rəsmi dəvəti ilə Londona gedib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hulusi Akarı qarşılamaq üçün fəxri qarovul dəstəsi düzülüb.

Qarşılanma mərasiminin ardınca Hulusi Akar və ingiltərəli həmkarı təkbətək görüşüb. Daha sonra heyətlərarası geniştərkibli görüş keçirilib. Görüşdə ikili və regional məsələlər müzakirə edilib, müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə diqqət çəkilib.

BAKU.WS