SİZİN REKLAM BURADA!
055 213 76 73


Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi (ÇKP Mərkəzi Komitəsi) bazar günü Si Cinpini üçüncü müddətə Baş katib seçib.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, Mərkəzi Komitə həmçinin partiyanın yeni Siyasi Bürosunu seçib. Çin Mərkəzi Televiziyasının məlumatına görə, büroya yenə yeddi nəfər daxil olub.

Səsvermə Çin Kommunist Partiyasının XX Mərkəzi Komitəsinin birinci plenumunda baş tutub. Si Cinpin, Li Syan, Çjao Leszi, Van Xunin, Li Si, Çay Çi və Din Syusyan Siyasi Büronun Daimi Komitəsinin üzvləri olublar.

BAKU.WS