SİZİN REKLAM BURADA!
055 213 76 73


Oktyabrın 2-də tələbələrin geniş etiraz aksiyalarından sonra Tehran hökuməti İranın nüfuzlu Şərif Texnologiya Universitetində dərslərin dayandırılması barədə qərar verib.

BAKU.WS xəbər verir ki, bu barədə azad iran teleqram xəbəri məlumat yayıb.

İran mediasının yazdığına görə, tətilin müddəti göstərilməyib və növbəti bildirişə qədər universitetə tələbələrin girişinə qadağa qoyulub.

Qeyd edək ki, bazar günü İranın onlarla şəhərində keçirilən kütləvi etiraz aksiyaları ilə yanaşı universitetlərdə də aksiyalar baş tutub. Şərif Texnologiya Universitetində təşkil edilən aksiyaya hökumət qüvvələrinin sərt müdaxiləsi qarşıdurmalara səbəb olub və tələbələrə qarşı gözyaşardıcı qazdan, rezin dəyənəklərdən istifadə edilib.

Universitet mühasirəyə alınıb, İranın elm naziri Məhəmmədəli Zülfi Gül hadisə yerinə gəlib və aranı sakitləşdirməyə çalışsa da, nəticə əldə olunmayıb.

Çox sayda tələbənin yaralandığı və həbs edildiyi bildirilir.

BAKU.WS
VİDEO