Tahir Abdullayev Bakıdakı UFC turnirində qələbə qazanıb
27
iyn
2026
17:45
Azərbaycanın MMA idmançısı Tahir Abdullayev (77,33 kq) Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində qələbə qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, yarımorta çəkidə braziliyalı Ceferson Nasimento (77,56) ilə üz-üzə gəlib.
Döyüşçü rəqibinə üçüncü raundda vaxtından əvvəl qalib gəlib.
Xatırladaq ki, "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Oxşar xəbərlər
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Borussiya Dortmund"a məğlub olub. BAKU.WS xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən m...