SİZİN REKLAM BURADA!
055 213 76 73


“Son sutkada Ukraynada Rusiya ordusunun 500 hərbçisi məhv edilib”.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində son sutkada 500, ümumilikdə isə Rusiyanın 59 080 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2338 tank, 4932 zirehli maşın, 1391 artilleriya sistemi, 333 reaktiv yaylım atəşi sistemi, 176 hava hücumundan müdafiə sistemi, 264 təyyarə, 225 helikopter, 1003 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3768 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir.

BAKU.WS