SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli məşhurlar müğənni Murat Boz və aktrisa Beren Saat iranda zorakılığa məruz qalaraq öldürülən Məhsa Əmini ilə bağlı paylaşım ediblər. 

BAKU.WS xəbər verir ki, Murat Boz şəxsi instaqram hesabında paylaşım edərək insanları #MahsaAmini həştəqi ilə start verilən kampaniyaya dəstək olmağa səsləyib:

"İranda şiddət artır, amma qadınların Məhsa Əmini üçün başlatdığı etirazlar davam edir. Məhsanın dəfnində başladılan aksiyalar bütün ölkəyə yayılaraq kütləvi hal alıb. Etirazçıların qarşısını almaq üçün ölkədə internet kəsildi ve onlara qarşı sərt addımlar atılmağa başlanıldı. İranlı qadınlar beynəlxlaq kampaniya başlatdılar onlar bütün dünyayı bu mübarizəyə dəstək verməyə səsləyirlər".

Aktrisa Beren Saat isə #MahsaAmini həştəqini yazaraq ingilis dilində "İranlı qadınların yanındayam" sözlərini qeyd edib.

BAKU.WS
QALEREYA