SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

BAKU.WS xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Rusiyada əsirlikdə olan 215 nəfər geri qaytarılıb. Onların arasında Azovstal və Mariupolun 188 müdafiəçisi də var. 5 komandir Türkiyədə qalacaq. Onlar ailələri ilə görüşə biləcəklər. Buna görə Prezident Ərdoğana ürəkdən minnətdaram”, - deyə Zelenski qeyd edib.

O həmçinin əsirlikdəki digər şəxsləri də qaytarmağa çalışdıqlarını bildirib.

BAKU.WS