VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Çeçen mühacir hökumətinin rəhbəri Əhməd Zakayev barədə müraciət yayıb.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, özünün teleqram kanalında müraciət yayımlayan Kadırov, nəyin bahasına olursa-olsun, Zakayevi tapacağını bildirib.

Kadırovun sözlərinə görə, Zakayevi birinci tapan şəxs onu məhv etməlidir:

“Mən onu tapacağam, hətta bütün dünya alt-üst olsa belə, məhkəməyə getməyə də hazıram. O, çeçen xalqının və çeçen kişilərinin şərəfini aşağılayır. Onu nə kişi, nə də qadın adlandırmaq olmaz, o, Ukraynada xüsusi əməliyyatda iştirak etməmək çağırışları ilə videolar çəkir, qaçmağı, vətənini tərk etməyi təklif edir.

Özünü o biri tərəfdə tapıb vətənə qayıtmaq istəyənlərə Çeçenistan rəhbəri Zakayevi güllələdiyinə görə dinc və firavan həyata zəmanət verib”.

Kadırov həmçinin xatırladıb ki, Çeçenistan Rusiyanın ayrılmaz hissəsidir:

“Pentaqon psixoloqları onların beyinlərini necə yuduqlarından asılı olmayaraq, məhz belə olacaq. Biz çeçenlər Rusiyada azad xalqıq. Biz özümüz də bunun bir hissəsi olmağa qərar verdik”.

BAKU.WS