Tbilisidə aksiya davam edir, etirazçılar hökumət binasının qarşısına toplaşıb

Gürcüstanın paytaxtı Tbilisidə ötən axşamdan başlayan “Evə, Avropaya” şüarlı aksiyanın bir qrup iştirakçısı gecəni hökumət administrasiyasının binası qarşısında keçirib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutan aksiyaçılar səhər saatlarından etibarən səs-küylə, fitlə və zərb alətlərində çalmaqla hökumətin siyasətinə etirazlarını ifadə edirlər.
Təşkilatçılar bildiriblər ki, hakim Gürcü Arzusu Partiyasının siyasəti ölkənin Avropa gələcəyinə təhdid yaradır.
Bu gün hökumətin növbəti iclası keçirilməlidir. Administrasiya qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Polisin xəbərdarlığına baxmayaraq, etirazçılar ərazini tərk etməyəcəklərini bildiriblər.
Qeyd edək ki, aksiyanın əsas tələbi baş nazir və hökumətin istefası, həmçinin milli razılıq hökumətinin yaradılmasıdır.
Oxşar xəbərlər
Tbilisidə növbəti kütləvi mitinq keçirilir
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında “Evə, Avropaya” şüarı altında növbəti kütləvi mitinq keçirilir. BAKU.WS “Report”a istinadən xəbər verir ki,...