SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 35 970-ə yaxın canlı qüvvəsini itirib.

Bundan başqa, Rusiyanın 1 584 ədəd tankı, 3 744 ədəd zirehli döyüş maşını, 801 ədəd artilleriya sistemi, 246 ədəd reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 187 ədəd helikopteri, 144 qanadlı raketi, 2 618 ədəd nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 654 ədəd dronu və 64 ədəd xüsusi texnikası məhv edilib.

BAKU.WS