SİZİN REKLAM BURADA!
055 213 76 73


"Rəsmi Moskvanın Kalininqradın blokadasına operativ reaksiyası Litva xalqı üçün həssas olacaq".

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Şimal-Qərbində milli təhlükəsizliyin aktual problemlərinə həsr olunmuş iclasda Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

Onun sözlərinə görə, rayonun sərhədyanı ərazisində vəziyyət NATO-nun hərbi və kəşfiyyat mövcudluğunun gücləndirilməsi şəraitində, eləcə də Qərb ölkələrinin informasiya və iqtisadi təzyiqlərinin təsiri altında formalaşır.

Patruşev nümunə kimi Litvanın beynəlxalq hüququn norma və prinsiplərini pozaraq bir sıra malların Kalininqrad vilayətinə öz ərazisindən tranzitini blokadaya almasını göstərib.

“Rusiya bu cür düşmənçilik hərəkətlərinə mütləq reaksiya verəcək. İdarələrarası formatda müvafiq tədbirlər hazırlanır və yaxın vaxtlarda həyata keçiriləcək. Onların nəticələri Litva əhalisinə ciddi mənfi təsir göstərəcək”, - Patruşev bildirib.

Qeyd edək ki, Litva Dəmir Yolları Kalininqrad Dəmir Yolunu Avropa İttifaqının (Aİ) sanksiyalarına düşən bir sıra yüklərin tranzitinin dayandırılması barədə xəbərdar edib.

BAKU.WS