SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 33 350 hərbçisi zərərsizləşdirilib.

Həmçinin, Rusiya tərəfinin 1465 ədəd tankı, 3573 ədəd zirehli döyüş maşını, 739 ədəd artilleriya sistemi, 223 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 98 hava hücumundan müdafiə sistemi, 216 ədəd hərbi təyyarəsi, 180 ədəd helikopteri, 14 ədəd gəmi-kateri,  594 ədəd dronu, 129 qanadlı raket və 55 ədəd xüsusi texnikası məhv edilib.

BAKU.WS