SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 30 700 hərbçisi zərərsizləşdirilib.

Həmçinin, Rusiya tərəfinin 1 361 ədəd tankı, 3 343 ədəd zirehli döyüş maşını, 659 ədəd artilleriya sistemi, 207 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 94 hava hücumundan müdafiə sistemi, 208 ədəd hərbi təyyarəsi, 175 ədəd helikopteri, 120 qanadlı raketi, 2 290 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 519 ədəd dronu, 120 qanadlı raket və 49 ədəd xüsusi texnikası məhv edilib.

BAKU.WS