SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 31 500 hərbçisi zərərsizləşdirilib.

Həmçinin, Rusiya tərəfinin 1 393 ədəd tankı, 3 492 ədəd zirehli döyüş maşını, 703 ədəd artilleriya sistemi, 207 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 96 hava hücumundan müdafiə sistemi, 212 ədəd hərbi təyyarəsi, 178 ədəd helikopteri, 2 406 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 559 ədəd dronu, 125 qanadlı raket və 53 ədəd xüsusi texnikası məhv edilib.

BAKU.WS