SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 31 360 hərbçisi zərərsizləşdirilib.

Həmçinin, Rusiya tərəfinin 1 390 ədəd tankı, 3 416 ədəd zirehli döyüş maşını, 694 ədəd artilleriya sistemi, 207 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 96 hava hücumundan müdafiə sistemi, 212 ədəd hərbi təyyarəsi, 177 ədəd helikopteri, 2 405 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 553 ədəd dronu, 125 qanadlı raket və 53 ədəd xüsusi texnikası məhv edilib.

BAKU.WS