SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya ordusu Donbasın 39 yaşayış məntəqəsini atəşə tutub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Donetsk və Luqansk vilayətlərində 60-dan çox mülki obyekt dağıdılıb və zədələnib.

Nəticədə azı 14 dinc sakin həlak olub. Daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həmçinin 50 yaşayış binası, xəstəxana, dəmiryolu vağzalı, ticarət mərkəzi, polis idarəsi, prokurorluğun binası, elektrik yarımstansiyası atəş nəticəsində ziyan çəkib.

Qeyd edək ki, bu gün Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın Donbasdakı əməliyyatların intensivliyini artırdığı barədə məlumat yayıb.

“Ukrayna müdafiə qüvvələri güclü müqavimət göstərə bilir. Bununla belə, Rusiya Silahlı Qüvvələri artilleriya bölmələri sayəsində müəyyən lokal uğur əldə edə bilib. Hazırda Rusiyanın əsas səyləri Severodonetsk xəttini ələ keçirməyə yönəlsə də, bu, sadəcə Donbası ələ keçirmək məqsədinin tərkib hissəsidir”, - məlumatda bildirilir.

BAKU.WS