SİZİN REKLAM BURADA!
055 213 76 73


Slovakiyanın neft ehtiyatları 105 gün, təbii qaz isə bir aylıqdır.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Slovakiya Neft və Qaz Assosiasiyasının icraçı direktoru Rixard Kvasnovski deyib.

Onun sözlərinə görə, ümumi həcmi 3,5 milyard kubmetr olan Slovakiyanın yeraltı qaz anbarları hazırda 25% doludur. Qaz anbarları kommersiya şirkətlərinə məxsusdur və bu, dövlətin onların işinə təsir imkanlarını məhdudlaşdırır.

Slovakiya istehlak etdiyi qazın ən azı 85%-ni Rusiyadan alır. Gələcəkdə ABŞ-dan, Fars körfəzi ölkələrindən və ya Norveçdən qaz nəqli onun mümkün əvəzedicisi ola bilər. Ölkə artıq maye qazla dolu iki tanker alıb.

Bununla belə, bu növ enerji resursunun dəyərinə və ölkəyə çatdırılması xərclərinə əsaslanaraq, bu seçim mövcud sxemdən xeyli bahadır.

BAKU.WS