Rusiya Xarkovda Mədəniyyət evini bombalayıb: Biri uşaq olmaqla 7 nəfər yaralanıb - VİDEO

Xarkov vilayətinin Lozova şəhərindəki yerli Mədəniyyət evinə Rusiya raketi düşüb. Nəticədə 11 yaşlı uşaq da daxil olmaqla 7 nəfər yaralanıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə məlumatı "Truha Ukraine" teleqram kanalı "Suspilne Kharkiv" Təcili Tibbi Yardım Mərkəzinin məlumatlarına əsasən verib.
Xarkov vilayəti üzrə Dövlət Fövqəladə Hallar Xidmətinin şöbəsi bildirib ki, xilasedicilər yanğını yerindəcə söndürüb və dağıntıları təmizləyiblər.
Rusiya silahlı qüvvələri saat 15:00 radələrində binaya hücum ediblər.
Şahidlərin “Truha Ukraine” kanalı ilə paylaşdığı müşahidə kameralarına əks olunan videoda raketin binaya dəydiyi, daha sonra qalın tüstü və toz buludlarının havaya qalxdığı görünür.
Oxşar xəbərlər
İzyumda beşmərtəbəli binanın dağıntıları altından 44 ölü çıxarılıb
Mart ayının ilk ongünlüyündə ruslar tərəfindən dağıdılan Xarkov vilayətinin İzyum şəhərindəki beşmərtəbəli binanın dağıntıları altından 44 mülki şəxsin meyiti t...