SİZİN REKLAM BURADA!
055 213 76 73


Belarus Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməyəcək.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Associated Press” agentliyinə müsahibəsində deyib.

"Biz Ukraynada Rusiya Silahlı Qüvvələrində təmsil olunmaq fikrində deyilik. Çünki buna ehtiyac yoxdur", - Lukaşenko bildirib.

Belarus lideri vurğulayıb ki, Rusiya bu vəziyyətdə onların təklif edə biləcəyi hər şeyə malikdir:

"Ona görə də bu əməliyyatda iştirak etməyə ehtiyac yoxdur", - Lukaşenko əlavə edib.

Onun sözlərinə görə, Belarus üçün çox yaxın olan iki qonşu ölkənin müharibə şəraitində olması pisdir.

BAKU.WS