SİZİN REKLAM BURADA!
055 213 76 73


"Maliyyə sektorunda daha çox Rusiya bankı SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayrılacaq".

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Latın Amerikasına səfəri zamanı deyib.

Borrel bunun təfərrüatlarını açıqlamayıb.

"Hansı bankları deyə bilmərəm, amma olacaq. Enerji sektorunda isə biz Rusiyanın neft idxalına əhəmiyyətli dərəcədə təsir edəcək tədbirlər axtarırıq”, - Aİ rəsmisi Venesuelanın VPI telekanalının efirində jurnalistlərlə söhbəti zamanı qeyd edib.

BAKU.WS