SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa İttifaqı NATO-nun iqtisadi şöbəsinə çevrilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə özünün "Telegram" kanalında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova yazıb.

"Bu da sizin üçün "iqtisadi təşkilat". Bu artıq Avropa İttifaqı deyil. Bu sadəcə NATO-nun iqtisadi münasibətlər şöbəsidir", - deyə M.Zaxarova Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin Ukraynadakı münaqişənin hərbi yolla həlli ilə bağlı sözlərini şərh edərkən bildirib.

Xatırladaq ki, daha əvvəl J.Borrel Kiyevə səfəri zamanı Avropa İttifaqı tarixində ilk dəfə olaraq münaqişənin diplomatik yolla deyil, hərbi yolla həllini istəyib.

BAKU.WS