SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel arasında Kiyevdə görüş keçirilir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisi məlumat yayıb.

Məlumata görə, danışıqlar məhdud çərçivədə keçiriləcək, daha sonra onlar Ukrayna və xarici KİV üçün bəyanatlarla çıxış edəcəklər.

Bundan əvvəl Ukraynanın Baş naziri Denis Şmıxal fon der Leyen, Borrell və Slovakiya Nazirlər Kabinetinin rəhbəri Eduard Heqerin Buça şəhərinə səfər etdiyini bildirib.

BAKU.WS