SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniyanın Loret-de-Mar şəhərində Rusiyanın qaz hasilatı üzrə nəhəng şirkəti olan "Novatek"in keçmiş top-meneceri Sergey Protosenya, 52 yaşlı həyat yoldaşı və 15 yaşlı qızının cəsədi tapılıb.

BAKU.WS xəbər verir ki, məlumatı "allspain.info" saytı yayıb.

Rusiya vətəndaşlarının cəsədləri aprelin 19-da bağ evində tapılıb.

Yerli polis açıqlayıb ki, 55 yaşlı Sergey Protosenya əvvəlcə ailə üzvlərini balta ilə öldürüb, sonra isə intihar edib.

Qeyd olunur ki, Rusiyanın tanınmış şirkətində işlədiyi illər ərzində S.Protosenya təxminən 400 milyon avro qazana bilib. Bu günlərə Fransada yaşayan rusiyalı milyonçu ailəsi ilə birgə Pasxa bayramlarını qeyd etmək üçün İspaniyaya getmişdi.

BAKU.WS
QALEREYA