SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerika Birləşmiş Ştatları prezidenti Co Baydenlə həyat yoldaşı Cill Bayden Pasxa bayramı (Qızıl yumurta bayramı) mərasiminə qatılıblar.

BAKU.WS xəbər verir ki, tədbir zamanı Baydenlə Pasxa dovşanın gözlənilməz görüşü hər kəsin marağına səbəb olub.

Belə ki, dovşan kostyumu geyinən şəxs 79 yaşlı dövlət başçısının Pakistan və Əfqanıstanla bağlı söhbətini yarımçıq kəsərək onu camaatın arasından uzaqlaşdırıb.

Sosial şəbəkələrdə dovşanın Baydenin sözünü kəsməsi müzakirələrə səbəb olub. 

Bəziləri "Pasxa dovşanı niyə prezident Co Baydeni yönləndirir?", "Pasxa dovşanı belə Baydenə xarici siyasətdən danışmağa imkan vermir" kimi sözlər yazaraq yaranmış vəziyyətə etiraz ediblər.

Co Baydenlə həyat yoldaşı Cill Baydenin qatıldığı Pasxa bayramında təxminən 30 min insan iştirak edib.

BAKU.WS
VİDEO

QALEREYA