SİZİN REKLAM BURADA!
055 213 76 73


Donald Tramp ABŞ-da keçirilən prezident seçkiləri ilə bağlı çıxış edir. 

BAKU.WS xəbər verir ki, ABŞ prezidenti öz qələbəsini elan edib və bildirib ki, artıq qələbəsini qeyd etməyə hazırlıq işləri görür. 

***08:42

Amerika Birləşmiş Ştatları yeni prezidentini seçir.

BAKU.WS xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-da Respublikaçı namizəd Donald Tramp və Demokrat namizəd Co Baydenin rəqabət apardığı və son dövrdə ölkənin ən kritik seçimi sayılan 59-cu prezident seçkiləri davam edir.

"The New York Times" ABŞ-da Prezident seçkilərinin qeyri-rəsmi nəticələri ilə bağlı məlumatlar təqdim edib.

Qeyri-rəsmi nəticələrə görə, Kentukkidə Tramp, Vermontda Bayden üstünlük qazanıb. "Associated Press" (AP) xəbər agentliyi tərəfindən yayımlanan məlumata görə, ABŞ prezidenti Tramp Kentukki ştatında 53,7% səs toplayıb. Vermontda isə Bayden 62,7% səs toplaya bilib. 

Bununla yanaşı, Tramp Qərbi Virciniya əyalətində rəqibi Baydeni üstələyə bilib. ABŞ prezidenti 2016-cı ildə Qərbi Virciniya əyalətində rəqibi Hillari Klintonu da məğlub edə bilib. Qərbi Virciniyada qazanan son demokrat 1996-cı ildə Bill Klinton olub.

Missisipidə də Trampın daha çox səs topladığı bildirilir. Massaçusetsdə isə Bayden üstünlük əldə edib. 

ABŞ-da 59-cu prezident seçkilərində Demokrat Co Bayden Nyu-york əyalətində də qalib gəlir. "Associated Press" (AP) xəbər agentliyi tərəfindən yayımlanan qeyri-rəsmi seçki nəticələrinə görə, Demokrat namizəd Bayden rəqibi Trampı geridə qoyub. Ümumilikdə, iki rəqib arasında mübarizə davam edir. 

BAKU.WS