SİZİN REKLAM BURADA!
055 213 76 73


Yunanıstanda eyni cinslilərin nikahının qanuniləşdirilməsindən sonra "Syrza" partiyasının gənc lideri Stefanos Kasselakis ilə sevgilisi Tayler Makbeçlə evlənəcək.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ana müxalifət partiyası lideri 4 gün davam edəcək toyu Krit adasında baş tutacaq. Məclis avqustda keçiriləcək.

Onlar toy dəvətnamələrində "Bu xüsusi günü ən sevdiyimiz yerdə sizinlə qeyd etməkdən dolayı çox həyəcanlanırıq" sözlərini qeyd ediblər.
Xatırladaq ki, Yunanıstanda bu ilin fevralında eynicinsiləlrin evlənməsi barədə qanun qəbul edilib. Bu qanun kilsələrin və əhalinin narazılığına baxmayaraq qəbul edilib. 

BAKU.WS