SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədəki son vəziyyətlə bağlı operativ məlumat yayıb.

BAKU.WS xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisinə nəzarəti tam ələ keçirmək məqsədi ilə şərq əməliyyat zonasından hücumu davam etdirməyə cəhd göstərir. 

Slobojans istiqamətində düşmən yenidən qruplaşır, ehtiyat toplayır. Xarkov qismən mühasirəyə alınıb və şəhərin atəşə tutulması davam edir. Rusiya İzyum istiqamətində Suliqivkiyə və Dibrivneyə hücuma keçməyə cəhd göstərib. Kreminna,Torska və Zelyonaya Dolina rayonlarında döyüşlər davam edir. Düşmən Liman yaşayış məntəqəsi istiqamətdə hərəkətə keçmək üçün yenidən qruplaşır. 

Məlumata əsasən, Rubijnoy və Severodonetska hücum nəticəsində Rusiyanın 130 hərbçisi yaralanıb və yaralılar Novoahdarda hospitala yerləşdirilib. Onların sayı dəqiqləşdirilir. Donetsk istiqamətində düşmən Marinka yaşayış məntəqəsində hücuma keçib. Düşmənin Mariupolu ələ keçirmək üçün “Azovstal” zavodunun ərazisinə hücumu davam edir. Velika Novocilka, Rivnopol və Storojeve yaşayış məntəqələri istiqamətində döyüşlər gedir.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın 1 təyyarə, 1 helikopter, 6 pilotsuz uçuş aparatını, 12 tankını, 28 zirehli texnikasını, 2 texniki avtomobilini, 1 artilleriya sistemini, 1 qanadlı raketini məhv edib

BAKU.WS