VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya ordusunun Xarkov vilayətinin İzyum şəhəri ərazisində 22-yə yaxın batalyon taktiki qrupu cəmləşib. 

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının operativ məlumatında bildirilib.

Bundan başqa, Rusiya ordusunun Donetsk vilayətinin Avdiyevka şəhəri yaxınlığında da düşmənçilikləri gücləndirməyə hazırlaşırlar. Rusların əsas cəhdləri qoşunların yenidən qruplaşması, möhkəmləndirilməsinə cəmlənib. Xarkovun qismən blokadaya alınması və onun artilleriyadan bombardmanı davam edir.

Rus ordusu ən çox Slobojanski və Donetsk istiqamətində hərəkət edir.

Həmçinin Popasna və Rubijnoye yaşayış məntəqələrini nəzarət altına almağa və Mariupol üzərində tam nəzarəti ələ keçirməyə çalışırlar. Rusların əsas səyləri işğal olunmuş və əldə edilmiş mövqelərin saxlanmasına yönəlib. Məlumata görə, rus qoşunları Donetsk və Tavriya istiqamətlərində işğal etdikləri əraziləri öz əllərində saxlamağa çalışırlar.

BAKU.WS