SİZİN REKLAM BURADA!
055 213 76 73


Döyüşlərin başladığı ilk günlərdən Rusiya ordusu Mariupolu tam nəzarət altına almağa çalışır.

BAKU.WS UNİAN informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya ordusu “Azovstal” zavodu və dəniz limanı ərazilərinə hücumu davam etdirir.

Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahı bildirib ki, Donetsk istiqamətində ruslar əsas səylərini Popasnaya, Rubijnoye, Nijnei və Novobaxmutovka yaşayış məntəqələrini nəzarətə götürmək üçün cəmləşdirir. 

"Mariupol şəhərində artilleriya və aviasiyanın dəstəyi ilə işğalçılar Azovstal zavodu və dəniz limanı ərazilərində hücum əməliyyatlarını davam etdirirlər", - deyə Baş Qərargahdan bildirilib. 

Bundan əlavə, Rusiya ordusu Zolote bölgəsində hücum əməliyyatları keçirməyə cəhd etsə də, buna nail ola bilməyib.

Aprelin 10-da Donetsk və Luqansk vilayətləri ərazisində ukraynalı müdafiəçilər gün ərzində rusların 4 hücumunu dəf edərək 5 tankı, 8 zirehli texnikanı, 6 avtomobil və 8 artilleriya sistemini məhv edib.

Qeyd edək ki, Mariupol martın 1-dən tam bloka vəziyyətindədir. 

BAKU.WS