SİZİN REKLAM BURADA!
055 213 76 73


Uzun müddətdir ki, döyüşlərin səngimədiyi Ukraynanın Luqansk vilayətindən yeni görüntülər yayımlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə UNİAN xəbər agentliyinin teleqram kanalında məumat paylaşılıb.

Bildirilib ki, gün ərzində Severodonetsk, Rubijnoye, Lisiçansk, Popasnaya, Qorskoe, Berezovoye və Toşkovka yaşayış məntəqələri atəşə tutulub. 27-si yaşayış binası olmaqla ümumilikdə 31 obyekt dağıdılıb.

Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qaydayın sözlərinə görə, Lisiçansk bu gecə yenidən atəşə tutulub. Nəticədə beş evə ziyan dəyib. 

BAKU.WS
VİDEO