SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Ordusu ötən gün Donbasda rusların 7 hücumunun qarşısını alıb. 

BAKU.WS-in xəbərinə görə, bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı verib. Məlumatda düşmənin Donetsk və Luqansk vilayətləri istiqamətində dəf edilən 7 hücum nəticəsində rusların 9 tankı, 7 zirehli texnikası və 5 avtomobil texnikasının sıradan çıxarıldığı bildirilir. Gecə ərzində düşmənin iki helikopteri, bir PUA-sı və bir qanadlı raketi olmaqla 4 hava hədəfi vurulub.

Verilən digər məlumata görə, rus ordusu Donetsk və Luqansk vilayətlərinə nəzarəti tam ələ keçirmək üçün qüvvələrini cəmləyərək genişmiqyaslı hücuma hazırlaşırlar. 

BAKU.WS