SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 50-ə çatıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Donetsk Regional Dövlət Administrasiyasının sədri Pavel Kirilenko bildirib.

Ölənlərdən 5-i uşaqdır.

İndiyədək 98 nəfər xəstəxanalara çatdırılıb.

Məlumata görə, Kramatorsk dəmiryolu vağzalına düşən raket “Toçka U”dur.

BAKU.WS